🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Beynəlxalq axtarışda olan şəxslər Azərbaycanda müəyyən edilərək ekstradisiya edilib

Azərbaycan.media xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, 2025-ci ildə ölkəmizdə Beynəlxalq axtarışda olan iki xarici vətəndaş müəyyən edilərək həbs olunub və sonradan ekstradisiya edilib.

Məlumata görə:

Rustamov Firuz Farxodoviç (1991-ci il təvəllüdlü, Özbəkistan Respublikası vətəndaşı) – Moldova səlahiyyətli orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilərək beynəlxalq axtarışa verilib.

Xu Penqçenq (1974-cü il təvəllüdlü, Çin Xalq Respublikası vətəndaşı) – Çin səlahiyyətli orqanları tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilərək beynəlxalq axtarışa verilib.

Hər iki şəxs Azərbaycan ərazisində müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Onların verilməsi ilə bağlı vəsatətlər Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına və Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında təslim etmə müqaviləsinə uyğun olaraq, şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyu tərəfindən Moldova və Çin səlahiyyətli orqanlarına təhvil verilib.