🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İmişlidə yanan evdə kişi meyiti tapılıb – cinayət işi açılıb

Azərbaycan.media xəbər verir ki, İmişli rayonunun Qaradonlu kəndində 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcovun meyiti evdə yanğın zamanı aşkarlanıb.

Sürahi Quliyevaya məxsus 3 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın yerində aparılan kəşfiyyat zamanı kişinin meyiti aşkarlanıb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon mərkəzinə yerləşdirilib. Ölən şəxsin evdə kirayədə yaşayan Sədrəddin Qüdrət oğlu Fərəcov olduğu müəyyən edilib.

Faktla bağlı İmişli rayon Prokurorluğunda cinayət işi başlanıb və araşdırma davam edir.