🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyədə 17 yaşlı yeniyetmə duşdan sonra qəfil vəfat edib

Azərbaycan.media xəbər verir ki, Türkiyənin Kayseri şəhərində 17 yaşlı oğlan duş qəbul etdikdən sonra huşunu itirərək dünyasını dəyişib.

Talha Altuntaş adlı yeniyetmə duş qəbul etdikdən sonra qəfildən özünü pis hiss edib və huşunu itirib. Ailəsinin çağırdığı səhiyyə qrupları hadisə yerində onun artıq həyatını itirdiyini müəyyən ediblər.

Məlumata əsasən, Talha daha əvvəl qol güləşi yarışlarında iştirak etmək üçün sağlamlıq hesabatı alarkən ürək ritmində pozğunluq aşkar edilib. Bu, onun qəfil ölümünün mümkün səbəblərindən biri kimi qiymətləndirilir.