🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Belarus ordusunda döyüş hazırlığının yoxlanılmasına başlanılıb

Azərbaycan.media xəbər verir ki, Belarus Silahlı Qüvvələri hərbi hissə və birləşmələrin döyüş hazırlığının yoxlanılmasına start verib. Bu barədə ölkənin müdafiə naziri Viktor Xrenin məlumat verib.

Nazirin sözlərinə görə, yoxlama prosesi həm şəxsi heyətin, həm də yerləşdirilən hərbi hissə və birləşmələrin sayının tədricən artırılması ilə əhatəli şəkildə həyata keçiriləcək. O bildirib ki, bu prosesin əsas fərqi ondan ibarətdir ki, yoxlama ehtiyat hərbi qulluqçularının hazırlanması çərçivəsində planlaşdırılsa da, gözlənilməz və planlaşdırılmayan tədbir formatında icra olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, Viktor Xrenin qeyd edib ki, bu fəaliyyətlərin əsas məqsədi şəxsi heyətin bütün təyin olunmuş tapşırıqları yerinə yetirmək qabiliyyətini, hazırlıq səviyyəsini və operativliyini qiymətləndirməkdir.