Azərbaycan.media xəbər verir ki, Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində magistral su xəttində qəza baş verib. Bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.
Bildirilib ki, qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində şəhərin bəzi ərazilərinin su təminatında müvəqqəti fasilə yaranacaq. Təmir-bərpa işlərinin operativ şəkildə aparıldığı və su təchizatının mərhələli şəkildə bərpa ediləcəyi qeyd olunub.
“Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk”, – deyə məlumatda vurğulanıb.
Oxundu: 21
