🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ceyhun Bayramov israilli həmkarına Ermənistanla sülh prosesi və Vaşinqton razılaşmaları barədə məlumat verib

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saara Cənubi Qafqazda Ermənistanla davam edən sülh və normallaşma prosesi, eləcə də tarixi Vaşinqton sammitində əldə edilən razılaşmalar barədə ətraflı məlumat verib.

Bu barədə Ceyhun Bayramov İsrail xarici işlər naziri Gideon Saarla birgə mətbuat konfransı zamanı açıqlama verib. Nazir bildirib ki, ümumilikdə bu istiqamətdə gedən proseslərin müsbət qarşılandığı israilli həmkarının diqqətinə çatdırılıb.

Eyni zamanda Böyük qayıdış, bu prosesə mane olan mina təhlükəsi barədə də fikir mübadiləsi aparmaq fürsətimiz oldu”, – deyə Ceyhun Bayramov vurğulayıb.