🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gəncədə 17 yaşlı yeniyetmə qəfil dünyasını dəyişib

Azərbaycan.media xəbər verir ki, Gəncə şəhərində 17 yaşlı oğlanın qəfil ölümü qeydə alınıb.

Məlumata görə, 2009-cu il təvəllüdlü İsa Allahverdiyev huşsuz vəziyyətdə şəhər xəstəxanalarından birinə çatdırılıb. Tibbi müayinə zamanı onun həyatını itirdiyi müəyyən olunub.

İlkin məlumatlara əsasən, yeniyetmənin hazırlıqda olarkən halı pisləşib. Onun epilepsiya tutması keçirdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.