Azərbaycan.media xəbər verir ki, 2025-ci ilin yanvar–sentyabr ayları ərzində (ilk 9 ayda) Bakı şəhərində ümumilikdə 58 930 yeni iş yeri yaradılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat yayılıb.
Yeni açılan iş yerlərinin sayına görə rayonlar üzrə bölgü belədir:
-
Nərimanov rayonu – 11 081
-
Nəsimi rayonu – 9 709
-
Xətai rayonu – 8 626
-
Yasamal rayonu – 7 083
-
Binəqədi rayonu – 6 135
-
Səbail rayonu – 5 648
-
Nizami rayonu – 3 305
-
Sabunçu rayonu – 3 000
-
Suraxanı rayonu – 1 948
-
Xəzər rayonu – 1 535
-
Qaradağ rayonu – 836
-
Pirallahı rayonu – 24 iş yeri
Məlumata görə, təkcə III rüb (iyul–sentyabr ayları) ərzində Bakıda 22 434 yeni iş yeri açılıb ki, bu da ilin ilk yarısı ilə müqayisədə məşğulluq sahəsində aktivliyin artdığını göstərir.
Qeyd edək ki, 2024-cü ilin yekunlarına görə Bakıda 68 965 yeni iş yeri yaradılmışdı. Cari ilin ilk 9 ayının göstəriciləri bu rəqəmə yaxınlaşmaq üzrədir ki, bu da paytaxtda məşğulluq dinamikasının yüksək templə davam etdiyini göstərir.
