Azərbaycan.media xəbər verir ki, Polşa Prezidenti Karol Navrotski Ukrayna və Litva liderləri Vladimir Zelenski və Gitanas Nauseda ilə görüşdən sonra mətbuata açıqlamasında bildirib ki, Rusiya Avropa üçün təhdid olaraq qalır və onun qarşısı alınmalıdır.
Prezident qeyd edib ki, “Rusiyanın mahiyyəti dəyişməz qalıb – o, hələ də Mərkəzi və Şərqi Avropa üçün təhlükə yaradır”. Navrotski əlavə edib ki, Rusiya Ukraynaya raket hücumlarına davam edir, bəzi ölkələr isə Moskva ilə münasibətləri bərpa etmək siyasətinə qayıtmağı təklif edir.
Onun sözlərinə görə, istər Vladimir Putinin, istər çarın, istərsə də bolşeviklərin dövründəki Rusiya uzun illərdir Avropa üçün təhlükə mənbəyi olub.
