🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan və İsrail biznes strukturları arasında strateji əməkdaşlıq memorandumu imzalandı

Azərbaycan və İsrail biznes strukturları arasında strateji əməkdaşlıq memorandumu imzalandı

Azərbaycan.media xəbər verir ki, Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Konfederasiyadan məlumat verilib. Sənəd Azərbaycan–İsrail biznes forumu çərçivəsində rəsmiləşdirilib. Memorandumu Azərbaycan tərəfdən ASK prezidenti Məmməd Musayev, İsrail tərəfdən isə MAI-ın sədr müavini Natanel Hayman imzalayıb.

Memorandum iki ölkə arasında biznes missiyalarının təşkili, qarşılıqlı investisiya imkanlarının araşdırılması, B2B formatında görüşlərin keçirilməsi, özəl sektor nümayəndələri arasında fikir mübadiləsinin genişləndirilməsi və digər əməkdaşlıq istiqamətlərini nəzərdə tutur.

Qeyd edək ki, bu gün İsrailin xarici işlər naziri Gideon Saarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.