🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda yol sıxlığı olan küçə və prospektlər açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda hazırkı yol vəziyyəti barədə məlumat yayıb.

Hal-hazırda sıxlıq müşahidə olunan yollar belədir:

  1. Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində

  2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətinə

  3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində

  4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər

  5. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində

  6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində

  7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində

  8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətinə

  9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətinə

  10. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində

  11. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində

NİİM sürücülərə alternativ yollar seçməyi tövsiyə edir və yol hərəkətində diqqətli olmalarını xatırladır.