Azərbaycan.media xəbər verir ki, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gecə və axşam saatlarında bəzi ərazilərdə çiskin ehtimalı var. Cənub-qərb küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1–3° isti, gündüz 6–10° isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunu səviyyəsində olacaq, nisbi rütubət isə 70–80 % arasında dəyişəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi şərq rayonlarında yağıntı, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq, mülayim qərb küləyi isə vaxtaşırı güclənəcək.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8–12° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 3–8° şaxta, gündüz 0–5° isti gözlənilir.
Qeyd edək ki, gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var, bu səbəbdən sürücülərə ehtiyatlı olmaq tövsiyə olunur.
