Azərbaycan.media xəbər verir ki, Samux rayonunda fəhlələri daşıyan “Qazel” markalı mikroavtobusun aşması nəticəsində ölən və xəsarət alanların adları müəyyənləşib.
Qəza zamanı 2000-ci il təvəllüdlü V. Əsgərov hadisə yerində ölüb.
Xəsarət alan sərnişinlər isə aşağıdakılardır:
-
S.Səfərova (1989)
-
A.Əhmədova (1969)
-
P.Balakişiyeva (1990)
-
R.Məmmədov (1991)
-
M.Zülfüqarov (1990)
Yaralılar Samux və Gəncə şəhərlərində yerləşən xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, qəza səhər saatlarında mikroavtobus fəhlələri işə apararkən baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma davam edir.
Xəbərə fotolar da əlavə edilib.
Oxundu: 31
