Sahibə Qafarova Bəhreynə səfər edib – Asiya Parlament Assambleyasının 16-cı sessiyasında iştirak edəcək
Azərbaycan.media xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 16-cı Plenar Sessiyasının açılış mərasimində iştirak etmək üçün Bəhreyn Krallığına səfər edib.
Modern.az-ın məlumatına görə, Bəhreyn Beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Bəhreyn Nümayəndələr Şurası sədrinin birinci müavini Abdulnabi Salman Ahmed, Nümayəndələr Şurası sədrinin ikinci müavini Ahmed Abulvahed Qarata, həmçinin digər komitə sədrləri və deputatlar qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarovanın Asiya Parlament Assambleyasının 16-cı sessiyasında çıxışı və bir sıra rəsmi görüşlər keçirməsi planlaşdırılıb.
