🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Vaşinqtondan açıqlama: Putin–Zelenski görüşü yaxın vaxtlarda baş tuta bilər

Azərbaycan.media xəbər verir ki, Vaşinqton administrasiyası Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşün tezliklə baş tutacağına inanır.

Bu barədə ABŞ rəsmisi “Axios” nəşrinə açıqlamasında bildirib. Mənbənin sözlərinə görə, tərəflər arasında birbaşa görüşə çox yaxın mərhələyə gəlinib:

“Düşünürük ki, buna çox da uzaq deyilik. Əgər indiki kursla irəliləməyə davam etsək, buna nail olacağıq”.

Portalın qeyd etdiyinə görə, ABŞ administrasiyasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən üçtərəfli görüşün Vaşinqtonun gözlədiyindən də daha uğurlu keçdiyi qənaəti formalaşıb. Bu görüşün mümkün Putin–Zelenski təması üçün mühüm zəmin yaratdığı vurğulanır.