🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Samuxda fəhlə daşıyan mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb

Samuxda fəhlə daşıyan mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var – adlar açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Samux rayonunda fəhlələri daşıyan “Qazel” markalı mikroavtobusun aşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.

Qəza zamanı ölən şəxs sərnişin, 2000-ci il təvəllüdlü V. Əsgərovdur. Hadisə nəticəsində xəsarət alanlardan M. Zülfüqarovun adı müəyyənləşdirilib, digər yaralıların şəxsiyyəti isə dəqiqləşdirilir.

Qeyd edək ki, hadisə Samux rayonunun ərazisində baş verib. Hərəkətdə olan “Qazel” markalı mikroavtobus aşıb. İlkin məlumata əsasən, nəqliyyat vasitəsi fəhlələri işə aparırmış. Qəza nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.