Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İran İslam Respublikası Xarici İşlər Nazirinin müavini Vəhid Cəlalzadə arasında görüş keçirilib.
Bu barədə İranın Azərbaycandakı səfirliyi X sosial şəbəkə hesabında paylaşım edib.
Görüş zamanı iki ölkə arasında mövcud olan dərin tarixi-mədəni ortaqlıqlar və xalqlararası sarsılmaz bağlar məmnunluqla qeyd olunub. Tərəflər bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi və əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı ortaq niyyətlərini bir daha ifadə ediblər.
Oxundu: 134
