Azərbaycan.media xəbər verir ki, iki ildən sonra — 2028-ci ilin əvvəlindən etibarən ABŞ artıq yeni prezident seçkisi dövrünə daxil olacaq və ölkədə seçkiqabağı proseslər ənənəvi olaraq uzunmüddətli siyasi yarış formatında başlayacaq.
“News Nation” nəşri yazır ki, ABŞ Respublikaçılar Partiyası 2028-ci il prezident seçkiləri üçün güclü siyasi baza formalaşdırdığını bəyan edib. Bu baza əsasında yeni namizədlərin irəli sürülməsi və Donald Trampın formalaşdırdığı siyasi xəttin davam etdirilməsi planlaşdırılır.
Məlumata əsasən, Trampın artıq “sevimli namizədləri” də var. O, qarşıdan gələn seçkilər üçün komandasından üç şəxsi potensial “siyasi varisləri” kimi nəzərdən keçirir:
-
Vitse-prezident Cey Di Vens (J.D. Vance)
-
Dövlət katibi Marko Rubio
-
Maliyyə naziri Skott Bessent
Trampın əvvəlki açıqlamalarına görə, Respublikaçılar Partiyası tərəfindən 2028-ci il prezident seçkilərində namizədliyinin irəli sürülməsi ehtimalı ən yüksək olan şəxs vitse-prezident C.D. Vens hesab olunur.
