🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şirvanda toy mərasimindən sonra qanlı insident: 36 yaşlı kişi bıçaqlanıb

Azərbaycan.media xəbər verir ki, Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

 Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb. Şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən qarın boşluğuna daxilə nüfuz edən ağır bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.