Mismar vurulmuştək ayaqlarıma,
olur, tikanlara batır əllərim.
güzgü elə baxır üzümə,
istəyirəm üstümə
bir dərya od əndərim…
torpaq ağac köklərinə
işləyir dərin…
Səngərlər yatır
əsgərlərin vətən sevgisinə,
səngərlər əsgərlərin
silahına sığınıb.
səngərlə əsgər sözlərindəki
eyni hərflər doğmalıqdı.
yağış yağdıqca
baxıram damımız damcılara
necə damır;
damcılara daman damım…
yuvalar quşları uçurmağa
hazırkən
quşlar yuvaları uçurur göy üzünün ənginliyində…
Müəllif: Şakir Xanhüseynli
Mənbə: Azərbaycan.media
