Azərbaycan.media xəbər verir ki, İranın ali rəhbəri Əli Xamenei ABŞ-dan mümkün hücum təhlükəsinin artması ilə bağlı yayılan məlumatlar fonunda Tehranda yerləşən xüsusi yeraltı sığınacağa köçürülüb.
Bu barədə “Iran International” nəşri xəbər yayıb. Bildirilir ki, Xameneinin oğullarından biri — Məsud Xamenei ali rəhbərin aparatının gündəlik idarəçiliyini öz üzərinə götürüb və hazırda icra hakimiyyəti ilə əsas ünsiyyət kanalı kimi çıxış edir.
Məlumata əsasən, bölgədə artan gərginlik və mümkün xarici təhdidlərin qiymətləndirilməsi fonunda təhlükəsizlik tədbirləri xeyli gücləndirilib. Faktla bağlı rəsmi Tehran tərəfindən hələlik açıqlama verilməyib.
Oxundu: 33
