Azərbaycan.media xəbər verir ki, “Qafqazinfo” Offsideplus.az-a istinadən xəbər verir ki, bu sözləri **Bəhlul Mustafazadə**nin atası Ələmdar Mustafayev oğlunun Qarabağ – Ayntraxt Frankfurt matçında (3:2) qələbə qoluna imza atmasını şərh edərkən deyib.
Ələmdar Mustafayev bildirib ki, bu anı uzun müddətdir xəyal edirmiş:
“Çox sevincliyəm, arzularım reallaşdı. Mən 10 gün idi ki, bu oyunu düşünürdüm. Hər səhər yuxudan oyananda Allaha dua edirdim ki, Bəhlul qol vursun. 20 yaşımda futbolla vidalaşmışam. Mənim də çox arzularım var idi, Bəhlul arzularımı həyata keçirdi. Təbii ki, çox sevincliyəm. Oyundan əvvəl bir yerdə idik. Hər halda həyəcanlı idi, kefi yaxşıdır”.
Qeyd edək ki, Bəhlul Mustafazadənin vurduğu qol “Qarabağ”a dramatik qələbə qazandırıb və qarşılaşmanın taleyini həll edən həlledici məqam olub.
