🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Vüsalə Əlizadə bir neçə gün efirdə olmayacaq

Azərbaycan.media xəbər verir ki, aparıcı Vüsalə Əlizadə səhhətində problem olduğu üçün bir neçə gün efirə çıxmayacaq.  Onun yerini proqramda həmkarı Mətanət Əliverdiyeva əvəz edəcək.

Vüsalə Əlizadə açıqlamasında bildirib ki, özü və qızı Dilək virusa yoluxublar:
“Hərarətim var, halım yoxdur. Bu viruslardan mən və qızım da tutub. Taqətim yoxdur”, – deyə aparıcı əlavə edib.

Qeyd edək ki, V. Əlizadə bir müddət əvvəl sosial şəbəkədə paylaşım edərək bir neçə gün müalicədə olacağını bildirmişdi.