Azərbaycan.media xəbər verir ki, 22 yanvar 2026-cı il tarixində Sumqayıt şəhərində bir ailənin 4 üzvü dəm qazından zəhərlənmə səbəbindən xəstəxanaya yerləşdirilib. Hadisə Xəzər bağları ərazisində yerləşən fərdi yaşayış evində baş verib.
Sumqayıt Tibb Mərkəzindən Teleqraf-a bildirilib ki, zərərçəkənlər – 1979-cu il təvəllüdlü Əliyev Emin Məhəmməd oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Günel Səməndər qızı, 2009-cu il təvəllüdlü Əliyev Məhəmməd Emin oğlu və 2012-ci il təvəllüdlü Əliyeva Mədinə Emin qızı – dəm qazının toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.
Zərərçəkənlərin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir və onlara zəruri tibbi yardım göstərilib. Faktla bağlı hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.
