Azərbaycan.media xəbər verir ki, Ermənistan Asiya İnkişaf Bankından (ADB) büdcə ehtiyaclarını qarşılamaq üçün 150 milyon ABŞ dolları məbləğində kredit əldə edəcək. Kredit sazişinin layihəsi bu gün Ermənistan hökumətinin iclasında təsdiqlənib.
Vəsait konkret xərc maddələrinə bağlanmadan, büdcənin ümumi doldurulması üçün nəzərdə tutulacaq. Hökumət bankın dəstəyi ilə kredit məbləği çərçivəsində infrastruktur investisiyaları üzərində maliyyə nəzarətinin yaxşılaşdırılması və dövlət istiqrazları bazarının inkişafı ilə bağlı işlər aparacaq.
Kreditin müddəti üç illik güzəşt dövrü ilə 15 il, faiz dərəcəsi isə dəyişkən (beynəlxalq SOFR dərəcəsi + 0,97 % ümumi marja) olacaq. Hazırkı SOFR dərəcəsi 3,69 % olduğu üçün kredit dərəcəsi təsdiq zamanı 4,66 % təşkil edəcək.
Maliyyə Nazirliyi Ermənistanın 2026-cı ildə xarici kreditlərə olan ehtiyacını təxminən 675 milyon ABŞ dolları məbləğində qiymətləndirib.
