🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Təranə Qumral Röyanın “YouTube”dan sildirməsinə münasibət bildirib

Azərbaycan.media xəbər verir ki, müğənni Təranə Qumral Niyaməddin Musayevin qızı Röyanın onun ifasını “YouTube”dan sildirməsinə münasibət bildirib.

Qumral bildirib ki, bu addımı yalnız Xalq artistinə hörmətinə görə dözdüyünü qeyd edib:
“O toplumun hamısı qurban olsun Niyaməddin Musayevə. Bildiyim hər şeyi sinəmdə saxlamışam. Təkcə ona görə. 32 ildir də deyirəm ki, hamı ona qurban olsun, içi Musa qarışıq”, – müğənni əlavə edib.

Xatırladaq ki, Qumral Xalq artisti Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısını ifa edərkən “cütlənmiş” yerinə “cütləşmiş” ifadəsini işlədib. Bu ifa həm Niyaməddin Musayev, həm Röya, həm də sosial media istifadəçilərinin tənqidinə səbəb olub.