Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Davos Dünya İqtisadi Forumunda panel müzakirəsində bildirib ki, Ukrayna üzrə sülh prosesi artıq yekun mərhələyə keçib və danışıqlar hazırda yalnız bir əsas məsələnin həlli üzərində cəmləşib.
Uitkoff qeyd edib ki, tərəflər bu məsələ ilə bağlı bir neçə variantı müzakirə ediblər və bu, problemin həllinin mümkün olduğunu göstərir. “Əgər hər iki tərəf səmimi şəkildə bu problemi həll etmək istəyirsə, o zaman bu mütləq baş verəcək”, – o vurğulayıb.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi həmçinin bildirib ki, bu gün axşam Moskvaya səfər edəcək, sonra isə Əbu-Dabiyə yollanaraq Ukrayna üzrə işçi qrupları səviyyəsində təmaslar həyata keçirəcək.
Uitkoff ABŞ-ın Ukrayna münaqişəsinin uğurla nizamlanmasında qətiyyətli olduğunu və diplomatik səylərin davam etdiriləcəyini də əlavə edib.
