🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp 2028 prezident seçkilərində potensial namizədləri müzakirə etdi

Azərbaycan.media xəbər verir ki, Ağ Ev rəhbəri Donald Tramp 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində liderlərin olduğunu, lakin konkret namizədi müəyyən etməyin hələ tez olduğunu açıqlayıb. Bu barədə Tramp “NewsNation” nəşrinə danışıb.

Tramp bildirib ki, Respublikaçılar Partiyasının “yaxşı bir varis heyəti” mövcuddur və onların arasında çox istedadlı şəxslər var. O, potensial prezident namizədlərini müəyyən etdiyini etiraf edib, lakin vəziyyətin dəyişə biləcəyini nəzərə alaraq adlarını açıqlamağın vaxtının hələ olmadığını vurğulayıb.

Siyasətçi vitse-prezident J.D. Vensi və dövlət katibi Marko Rubionu xüsusi olaraq qeyd edib. Həmçinin, Tramp maliyyə naziri Skott Besseni də “möhtəşəm” adlandıraraq ehtimal olunan varislər siyahısına daxil edib.