🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şuşa, Xankəndi və Xocavənddə buz bağlaması səbəbindən sıxıntıya düşən vətəndaşlar xilas edilib

Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Şuşa, Xankəndi şəhərləri və Xocavənd rayonu ərazilərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat Xidmətindən Teleqraf-a bildirilib ki, daxil olan məlumat əsasında dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri və Qarabağ Regional Mərkəzinin xilasetmə qrupu hadisə yerinə göndərilib.

Xilasedicilər tərəfindən buz bağlaması səbəbindən hərəkət edə bilməyən 2 ədəd “Mercedes” markalı avtomobil və 1 ədəd motosikletin hərəkəti təmin olunub, vətəndaşlara müvafiq köməklik göstərilib.