Azərbaycan.media xəbər verir ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazidə təmir işləri aparacaq.
Buna görə, saat 11:00-dan 14:00-dək Binə qəsəbəsi, Binə Atçılıq yaşayış massivi və Buzovna qəsəbəsində Məmməd Hüseyn, Qasım bəy Zakir, Sabir Ələkbərov, Hüseyn Allahverdiyev, Əziz Məmmədov, Şəhid İbarət Məmmədov və Abşeron küçələrində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.
Təmir işləri tamamlandıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxundu: 32
