🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda 25 yaşlı şəxs dəm qazından boğularaq ölüb

Azərbaycan.media xəbər verir ki, paytaxtın Yasamal rayonunda 25 yaşlı şəxs dəm qazından zəhərlənərək həyatını itirib.

Hadisə Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Əhmədəli Sahib oğlu Əhmədzadənin yaşadığı evin hamam otağında baş verib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.