Azərbaycan.media xəbər verir ki, Azərbaycanda orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması təklif olunur.
Bu təşəbbüslə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edib.
Deputat bildirib ki, dərsliklərin rəqəmsallaşdırılması mövcud səhvlərin aradan qaldırılmasını xeyli asanlaşdıra bilər. Onun sözlərinə görə, bu format dəyişikliklərin operativ şəkildə edilməsinə və yenilənmiş materialların daha sürətli formada şagirdlərə təqdim olunmasına imkan yaradar.
Ceyhun Məmmədov qeyd edib ki, ehtimal olunur Elm və Təhsil Nazirliyi artıq bu istiqamətdə müəyyən işlər aparır.
