🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda avtomobil motosikletlə toqquşub, bir nəfər ölüb

Azərbaycan.media xəbər verir ki, Bakıda avtomobil ilə motosikletin toqquşması nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 1994-cü il təvəllüdlü Şəfizadə Tural Cəmşid oğlu idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində əks istiqamətdə hərəkət edən 2007-ci il təvəllüdlü Səfərli Ramal Elnur oğlunun idarə etdiyi “İhondza FX32” markalı motosikletlə toqquşub.

Hadisə nəticəsində motosiklet sürücüsü Ramal Səfərli həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, hazırda istintaq aparılır.