Azərbaycan.media xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiymətində artım qeydə alınıb.
2026-cı ilin fevral ayında çatdırılma şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 milyon BTU (British thermal unit – Britaniya istilik vahidi) üzrə 6,26 faiz artaraq 5,348 ABŞ dolları təşkil edib.
