Azərbaycan.media xəbər verir ki, Bakıda hazırda nəqliyyatın sıx olduğu küçə və prospektlər açıqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, hazırda paytaxtın bir sıra əsas yol və prospektlərində sıxlıq müşahidə olunur.
Hal-hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:
-
Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
-
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
-
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
-
Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
-
Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
-
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
-
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
-
Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
-
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
-
Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində.
NİİM sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.
