Azərbaycan.media xəbər verir ki, Qəzza zolağında baş verən insidentlər nəticəsində daha üç jurnalist ölüb.
Bu barədə Qəzza hökumətinin Media Ofisi açıqlama yayıb. Bildirilib ki, Misir Yardım Komitəsinin media qrupunda çalışan Əbdül Rauf Samir Şaat, Məhəmməd Salah Qaşta və Ənəs Abdullah Qanim İsrail ordusunun hava hücumları zamanı həyatını itirib.
Məlumata əsasən, Qəzza zolağında baş verən insidentlər nəticəsində öldürülən jurnalistlərin ümumi sayı 260-a çatıb.
