🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev “Qarabağ”ı “Ayntraxt” üzərində qələbə münasibətilə təbrik edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın “Ayntraxt” komandası üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

Dövlət başçısı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Prezident İlham Əliyev təbrik mesajında “Qarabağ”ın parlaq qələbəsini yüksək qiymətləndirib.

“Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”, – deyə Prezident İlham Əliyev paylaşımında qeyd edib.