🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp Qrenlandiya planları üzrə əsas danışıqlar qrupunu açıqlayıb

Azərbaycan.media xəbər verir ki, ABŞ vitse-prezidenti Ceyms Di Vens, dövlət katibi Marko Rubio və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun Qrenlandiya ilə bağlı planları üzrə aparılacaq məsləhətləşmələrdə əsas rol oynayacaqlar.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Donald Tramp qeyd edib ki, sözügedən şəxslər danışıqlar prosesinə rəhbərlik edəcək və birbaşa ona hesabat verəcəklər.