🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Donald Tramp: Venesuela neftinin satışından əldə olunan gəlirin bir hissəsi ABŞ-da qalacaq

Azərbaycan.media xəbər verir ki, ABŞ Venesuela neftinin satışından əldə edilən gəlirin bir hissəsini özündə saxlayacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp CNBC telekanalına verdiyi müsahibədə deyib. O bildirib ki, gəlirin bir hissəsi Venesuelaya veriləcək, digər hissəsi isə ABŞ-da qalacaq.

“Biz bir hissəsini Venesuelaya verəcəyik, bir hissəsini də saxlayacağıq. Biz Venesuela ilə çox yaxşı münasibətlərdəyik. Onların böyük neft və digər mineral ehtiyatları var. Yeri gəlmişkən, onlar bizimlə əməkdaşlıq sayəsində 25 ildə əldə edəcəklərindən daha çox gəlir qazanacaqlar”, – deyə Donald Tramp qeyd edib.