Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi görüş əsasında Qrenlandiya Donald Tramp bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib. O, fevralın 1-də qüvvəyə minməsi planlaşdırılan tariflərin tətbiq edilməyəcəyini də açıqlayıb.
ABŞ Prezidenti qeyd edib ki, nəzərdə tutulan həll yolu həyata keçirilərsə, bu, həm Amerika Birləşmiş Ştatları, həm də NATO-ya üzv olan bütün ölkələr üçün müsbət nəticələr verəcək. Onun sözlərinə görə, Qrenlandiya məsələsi çərçivəsində “Qızıl qübbə” layihəsi ilə bağlı əlavə müzakirələr də aparılır.
Donald Tramp vurğulayıb ki, danışıqlar irəlilədikcə ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq. Bildirilib ki, danışıqlara vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoff cavabdeh olacaqlar.
