Azərbaycan.media xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasında 960-cı qolunu vurub.
Təcrübəli futbolçu Səudiyyə Ərəbistanı çempionatının XVII turunda “Damak”a qarşı keçirilən oyunda 50-ci dəqiqədə Joao Feliksin ötürməsindən sonra fərqlənib.
Ronaldu tərəfindən vurulan bu qol qarşılaşmada “Əl-Nəsr”in 2:1 hesablı qələbəsini təmin edib.
Qeyd edək ki, Kriştianu Ronaldu milli komandalar, Avropa çempionatları və UEFA Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçudur. O, rəsmi oyunlarda 960 qol həddinə çatan ilk oyunçu kimi tarixə düşüb. Portuqaliyalı ulduzun karyerasında beş UEFA Çempionlar Liqası kuboku, 2016-cı ildə Avropa çempionatının qızıl medalı və iki UEFA Millətlər Liqası titulu yer alır.
