🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qurban Qurbanov: “Bu qələbə azarkeşlərimizin haqqı idi”

Azərbaycan.media xəbər verir ki, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov qələbədən sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Baş məşqçi ilk növbədə azarkeşləri təbrik edib: “Qələbə münasibətilə azarkeşlərimizi təbrik edirəm. Bu qalibiyyət onların haqqı idi. Belə soyuq havada komandaya dəstək oldular”.

Qurban Qurbanov bildirib ki, azarkeşlər bu nəticəni bəlkə də komandadan daha çox arzulayırdılar: “Təbii ki, futbolçularımı da təbrik edirəm. Meydanda intizamlı oyun var idi. Hətta deyərdim ki, bəzi matçlarda görmədiyimiz intizamı bu görüşdə gördük”.

Təcrübəli mütəxəssis sonda bu qələbənin Azərbaycan futbolu baxımından sevindirici olduğunu vurğulayıb: “Azərbaycan futbolu adına çox sevinirəm”.