Azərbaycan.media xəbər verir ki, Karaçi şəhərinin mərkəzində yerləşən “Gul Plaza” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı artmaqda davam edir.
Şəhər polis idarəsinin rəisi Sayed Hassan Nakvi dünən axşam saatlarında ölənlərin sayının 60-ı keçdiyini açıqlayıb.
Onun sözlərinə görə, hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir. Lakin xilasedicilər ciddi çətinliklərlə üzləşirlər. Belə ki, bəzi ərazilərə güclü tüstü və yüksək temperatur səbəbindən daxil olmaq mümkün olmur.
Xatırladaq ki, şənbə günü “Gul Plaza”da baş vermiş güclü yanğın nəticəsində ilkin olaraq 28 nəfərin öldüyü bildirilmişdi. Dünən səhər saatlarınadək isə dağıntılar altından daha 30 meyit çıxarılıb.
Oxundu: 20
