🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistan “Tramp marşrutu”nun iqtisadi təsirini hələ qiymətləndirməyib

Azərbaycan.media xəbər verir ki, Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan “Tramp marşrutu” layihəsinin ölkənin ÜDM-inə təsirini hələ söyləməkdə çətinlik çəkdiyini bildirib.

Publika.az-ın məlumatına görə, nazir qeyd edib ki, nazirlik əvvəllər Azərbaycan və Türkiyə ilə proseslərin iqtisadi inkişaf üzərində təsirini hesablamağı aparmamışdı:

“Azərbaycandan dizel yanacağının idxalı, eləcə də maye qazın mümkün idxalı artıq Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərir. Hazırda investisiyanın həcmi və ya ‘Tramp marşrutu’nun mümkün təsiri barədə məlumatım yoxdur, çünki bu, dizayn mərhələsindədir və ya tamamlandıqdan sonra məlum olacaq”.

Hovhannisyanın sözlərinə görə, keçən ilin dekabrında onilliklər ərzində ilk dəfə olaraq Ermənistan Azərbaycan benzini alıb – Gürcüstan vasitəsilə 1200 ton neft məhsulları daşınıb. Yanvarın əvvəlində isə yeni partiya – 6100 ton benzin və 1500 ton dizel yanacağı Ermənistana göndərilib.