Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff sabah Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Uitkoff bildirib ki, Putin Ukrayna ilə bağlı 20 bəndlik sülh planına razılıq göstərib:“20 bəndlik planın 90%-dən çoxu razılaşdırılıb.
Əsas mübahisə mövzusu ərazilərlə bağlıdır”.
O əlavə edib ki, son həftələrdə münaqişənin nizamlanması istiqamətində ciddi irəliləyiş əldə olunub.
