🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ötən il minimum əməkhaqqı və pensiyalar artıb, 3 milyondan çox vətəndaş bundan yararlanıb

Azərbaycan.media xəbər verir ki, ötən il ölkəmizdə minimum əməkhaqqı 16 faiz, pensiyaların minimum məbləği isə 14,3 faiz artıb. Nəticədə 3 milyondan çox vətəndaş bu sosial islahatlardan faydalanıb.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, 2026-cı ilin dövlət büdcəsində sosial xərclər büdcənin 41 faizini təşkil edəcək və 17,1 milyard manat həcmində nəzərdə tutulub:

“Əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 540 manat olub, 2026-cı ildə isə 590 manat təşkil edəcək. Bu il yaşa görə pensiyanın orta aylıq məbləği ötən ilki 576 manatdan 53 manat artırılaraq 629 manata yüksəlməsi proqnozlaşdırılır. Pensiyaların minimum məbləğinə görə Azərbaycan dollar ekvivalenti ilə MDB məkanında ikinci yerdə, orta aylıq məbləğinə görə isə birinci yerdə qərar tutur. Cari ildə də əvəzetmə əmsalı – orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbəti – 50,4 faiz təşkil edəcək ki, bu da Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında konvensiyasının tələblərinə uyğundur”.