🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əmək Məcəlləsinə yeni dəyişiklik: İşçi əsas işdən sonra əlavə işdə işləyə bilər

Azərbaycan.media xəbər verir ki, artıq qüvvəyə minmiş dəyişikliklərə əsasən, işçi iş saatları başa çatdıqdan sonra əlavə iş yerində işləyə bilər və bunun üçün işəgötürənin razılığı tələb olunmur.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, Əmək Məcəlləsinin 130-cu maddəsinə əlavə edilən iki bənd bu sahədə əvvəl praktikada problem yaradan məsələləri tənzimləyir:

  • Əsas iş yerində ezamiyyətə gedən işçi əlavə iş yerində də ezamiyyət müddətində işləyə bilər;

  • Əlavə iş yerində ezamiyyətə gedən işçi əsas iş yerində də ezamiyyət müddətində işləyə bilər.

Hüquqşünas qeyd edib ki, bu dəyişikliklər zəruridir, amma praktikada bəzi suallar doğura bilər: “Əsas iş yeri işçiyə əlavə işdə işləməyə razılıq verməlidirmi? Məcəlləyə görə yox, amma dövlət təsisatları və büdcə təşkilatlarında mübahisələr yarana bilər. İşçi əsas iş yerindəki funksiyasını yerinə yetirmək əvəzinə əlavə işdən ezamiyyətə gedə bilər, bu isə bəzi hallarda çətinliklər yarada bilər.”