🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

AMEA prezidenti İsa Həbibbəyliyə çətir tutulması sosial şəbəkələrdə müzakirə yaradıb

Azərbaycan.media xəbər verir ki, ötən gün Şəhidlər xiyabanını ziyarət edən AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutması sosial mediada geniş müzakirə olunub.

AMEA prezidenti manşet.az-a açıqlamasında bildirib ki, özü heç vaxt çətirdən istifadə etməyib və evində də çətiri yoxdur:
“Dünən Şəhidlər xiyabanına çətirsiz və papaqsız gəlmişdim. Hava küləkli və qar yağdığı üçün əməkdaşlardan biri həm özünün, həm də mənim başıma çətir tutdu. Əvvəl bunu hiss etmədim. Bu hal bir neçə dəqiqə davam etdi. Ziyarət boyu başıaçıq və çətrisiz idim. Tədbirdən sonra yayımlanan fotolarda bunu açıq şəkildə görmək mümkündür. Mən işçiyə çətir tutması ilə bağlı heç bir söz demədim”.