Azərbaycan.media xəbər verir ki, bu gündən etibarən Sumqayıt–Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da daxil edilib.
Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, bu xətt üzrə saat 07:30 və 08:00-da Sumqayıtdan Bakıya yola düşən ekspres qatarlar Bakıxanov dayanacağında da dayanacaq ki, bu da sərnişinlər üçün əlavə rahatlıq yaradacaq.
Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatar Sabunçu stansiyasında da dayanacaq.
