🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Suriya Ordusu Süleyman Şah Türbəsinin ərazisini YPG/PKK-dan təmizlədi

Azərbaycan.media xəbər verir ki, Suriya Ordusu Süleyman Şah Türbəsinin yerləşdiyi ərazini YPG/PKK yaraqlılarından təmizləyib.

Məlumata görə, Süleyman Şah Türbəsi 1923-cü il Lozanna Müqaviləsinə əsasən Türkiyənin Suriyadakı suveren ərazisi hesab olunur və bu status beynəlxalq hüquqla tanınıb.

Təhlükəsizlik və təbii risklər səbəbindən türbə ərazisi əvvəlki illərdə bir neçə dəfə köçürülüb. Belə ki, 1973-cü ildə daşqın təhlükəsi, 2015-ci ildə isə İŞİD terror təşkilatının təhdidləri səbəbindən türbə başqa ərazilərə daşınıb.

Qeyd edək ki, Süleyman Şah Osmanlı imperiyasının banisi Osman bəyin babası, Ərtoğrul Qazinin atası olub və türbə həm tarixi, həm də simvolik baxımdan Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır.